main-post-cover

    Yaponiya universitetləri tələbələrə ChatGPT ilə bağlı ciddi xəbərdarlıqlar ediblər

    Proqram Təminatı
    Servislər
    12.04.2023
    Farid Pardashunas
        Yaponiyanın aparıcı universitetləri tələbələrin istənilən tədris və elmi işlərin yazılmasında süni zəka əsaslı ChatGPT-dən istifadə etmələrinə qarşı çıxıblar. Kioto Universitetinin rektoru tələbələrə xəbərdarlıq edib ki, tədris və elmi işlərin yazılması prosesi çərçivəsində süni zəka sistemindən istifadə öz növbəsində mətnlərdə səhvlərin olması riskini artırır. Rektorun sözlərinə əsasən bu halda təhsil prosesinin vacib hissəsi aradan qalxır. Söhbət, mətnin fərdi şəkildə yazılması bacarığından, bu prosesə sərf edilən zamandan və gücdən, eləcə də proses çərçivəsində əldə edilən təcrübədən gedir.
        Tokio Universitetinin tələbələr üçün nəzərdə tutulmuş daxili saytında yerləşdirmiş olduğu xəbərdarlığa əsasən bütün tədris işləri tələbələrin özləri tərəfindən yazılmalıdır. Belə ki, bu onların süni zəka tərəfindən yaradıla bilməyəcək biliklərinin vacib hissəsidir. Tohoku Universitetinin dekanatlığı tərəfindən verilmiş xəbərdarlığa əsasən isə süni zəka əsaslı çat-botların istifadəsi öz növbəsində dərc edilməmiş elmi işlərdəki məlumatların sızdırılmasına səbəb ola bilər. Tokioda yerləşən Sofiya Universitetində isə hesabatların, esselərin və kurs işlərinin yazılmasında çat-botlardan istifadə ümumiyyətlə qadağan edilib. Bu cür halların aşkarlandığı halda tələbələr sərt şəkildə cəzalandırılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər