main-post-cover

    Yaponiya nazirliklərindən biri ChatGPT-ni administrativ işlərdə istifadə etməyə başlayıb

    Proqram Təminatı
    Servislər
    19.04.2023
    Farid Pardashunas
        Yaponiyanın Kənd, Meşə və Balıq Təsərrüfatı Nazirliyi normativ dokumentasiyaların tərtib edilməsi üçün süni zəka əsaslı ChatGPT çat-botundan istifadə etməyə başlayıb. Nazir Tetsuro Nomura-nın sözlərinə əsasən nazirlik rəsmi sənədləri sadələşdirmək və onları daha anlaşıqlı etmək üçün hal hazırda çat-botu test edir. Beləliklə Yaponiyanın dövlət strukturuna daxil olan idarə OpenAI şirkətinin texnologiyasından istifadə etdiyini ilk dəfə elan edib.
        Tetsuro Nomura bildirib ki, nazirlik bu çat-bot vasitəsilə heç bir ciddi iş görmür və onun əsas məqsədi açıq mənbə şəklində mövcud olan məlumatları emal etməkdir. Nazirlik həmçinin çat-botdan subsidiyaların və digər dövlət dəstəyinin əldə edilməsi sorğularının necə tərtib edilməsinə dair online təlimatların yenilənməsində istifadə edəcək. Məlumatda qeyd edilib ki, hər il normativ aktlara minlərlə səhifə dəyişiklik əlavə edilir və nazirlik bu çətin işi məhz ChatGPT-yə həvalə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər