main-post-cover

    Tələbələrdən biri ChatGPT sayəsində Kembric Universitetinin təqaüdünü əldə edib

    Proqram Təminatı
    Servislər
    01.05.2023
    Farid Pardashunas
        Kanadada yerləşən Viktoriya Universitetinin professoru Matt Huculak tələbələrdən biri üçün nəzərdə tutulmuş tövsiyyə xarakterli məktubun yazılmasında süni zəka əsaslı ChatGPT çat-botundan istifadə edib. Nəticədə tələbə yazılmış tövsiyyə xarakterli məktub sayəsində Kembric Universitetinin nüfuzlu təqaüdünü əldə edib. Matt Huculak-ın sözlərinə əsasən o, tövsiyyə xarakterli məktubların yazılması zamanı rast gəlinən ənənəvi şablonları ChatGPT vasitəsilə aradan qaldıra bilib. Bu isə öz növbəsində bu cür məktubların tərtib edilməsi üsuluna ciddi şəkildə təsir göstərə bilər.
        Professorlar bir qayda olaraq daha öncəki tövsiyyə xarakterli məktubları emal edərək onları konkret tələbə üçün adaptasiya edirlər. Bu isə çox halda sıxıcı nəticələrə gətirib çıxara bilər. Bu cür monotonluqdan kənara çıxmağı hədəfləmiş Matt Huculak-ın ağlına maraqlı bir ideya gəlib. O, çat-botdan tövsiyyə xarakterli nümunəvi məktubun tərtib edilməsini istəyib. Daha sonra isə professor ChatGPT tərəfindən tərtib edilmiş məktubu şablon kimi istifadə edərək onun əks variantını hazırlayıb (nümunəvi olmayan məktub). Nəticə etibarilə yazılmış məktub Huculak-a daha insani və səmimi görünüb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər