main-post-cover

    Süni zəka əsaslı Google Bard çat-botunun təlimatlandırılmasında ChatGPT məlumatlarından istifadə edildiyi iddi edilir

    Proqram Təminatı
    Servislər
    30.03.2023
    Farid Pardashunas
        Süni zəka əsaslı Google Bard çat-botunun təqdimatının o qədər də diqqət çəkən şəkildə baş tutmaması səbəbilə Google süni zəka sahəsindəki vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Ola bilər ki, bu məsələdə şirkətlər bəzən etik olmayan üsullardan istifadə etsinlər. Hər halda Google şirkətinin keçmiş əməkdaşlarından biri məhz bu fikirdədir. Məlumata əsasən Google şirkətinin alt şirkəti olan DeepMind-ı faktiki olaraq Google Brain komandası ilə əməkdaşlığa məcbur edirlər. Onlar isə öz növbəsində OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botu ilə rəqabət apara biləcək Gemini adlı süni zəka sistemini yaratmalıdırlar. Lakin mövzunun əsas məğzi bunda deyil.
        Google şirkətinin keçmiş əməkdaşlarından birinin sözlərinə əsasən Google Bard-ın təlimatlandırılmasında ChatGPT-dən istifadə nəticəsində əldə edilmiş məlumatlar istifadə edilib. Məlumatda qeyd edilib ki, Google öz süni zəka əsaslı çat-botunun təlimatlandırılmasında ShareGPT adlı saytdakı məlumatlardan istifadə edib. Qeyd etmək lazımdır ki, sözügedən saytda istifadəçilərin ChatGPT ilə olmuş danışıqların yazıları yerləşdirilir. Məlumata əsasən keçmiş Google əməkdaşı bu cür üsuldan istifadəyə qarşı çıxıb və nəticədə şirkətdən ayrılmalı olub. Google şirkətinin təmsilçiləri isə bu cür halın baş verməsini qəti şəkildə inkar edirlər.
        The Information saytının verdiyi məlumata əsasən Jacob Devlin adlı keçmiş Google əməkdaşı şirkətdən ayrılıb və OpenAI komandasına qoşulub. Lakin bu, Jacob-un Google rəhbərliyini ChatGPT məlumatlarından istifadənin qəbuledilməz olması ilə bağlı xəbərdarlığından sonra baş verib. Onun sözlərinə əsasən bu cür yanaşma ChatGPT-dən istifadə şərtlərini pozur. Bundan əlavə olaraq ChatGPT-nin məlumatlarından istifadə etmək öz növbəsində Google Bard ilə ChatGPT-nin tərtib etdikləri cavabların bir-birilərinə bənzəməsinə səbəb ola bilər. Məlumata əsasən bu cür xəbərdarlıqdan sonra Google öz çat-botunun təlimatlandırılmasında ChatGPT-nin məlumatlarından istifadəni dayandırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər