main-post-cover

    Süni zəka əsaslı Google Bard çat-botu daha güclü dil modelinə keçid edəcək

    Proqram Təminatı
    Servislər
    04.04.2023
    Farid Pardashunas
        Süni zəka əsaslı Google Bard çat-botu inqilabi bir məhsul olmadı. Onu test etmiş məhdud sayda istifadəçinin sözlərinə əsasən sözügedən çat-botun təqdim etdiyi cavablar öz dolğunluqlarına görə ChatGPT-nin və Bing axtarış sisteminin daxilində fəaliyyət göstərən süni zəka əsaslı çat-botun təqdim etdiyi cavabların dolğunluqlarından geri qalır. Lakin Google bununla yetinmək niyyətində deyil. Bu cür bəyanatı şirkətin CEO-su Sundar Pichai verib. Qeyd etmək lazımdır ki, Google Bard çat-botu hal hazırda LaMDA adlı süni zəka əsaslı böyük dil modeli əsasında çalışır.
        Lakin Sundar Pichai-nin sözlərinə əsasən yaxın zamanda çat-bot PaLM adlı daha güclü dil modelinə keçid edəcək. LaMDA adlı süni zəka əsaslı dil modeli 137 milyard parametr əsasında təlimatlandırılıb. PaLM isə öz növbəsində 540 milyard parametr əsasında təlimatlandırılıb. Güman olunur ki, bu iki sistemin hazırlanmasına 2022-ci ilin əvvəlində start verilib və şirkət hal hazırda Bard çat-botunu daha təkmilləşdirilmiş dil modelinə keçirtməyi hədəfləyib. Lakin Bard-ın şirkət tərəfindən ləng şəkildə inkişaf etdirildiyini nəzərə alsaq, onun PaLM-a nə zaman keçid edəcəyini söyləmək çətin məsələdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər