main-post-cover

    Süni zəka əsaslı Bing AI çat-botu Edge brauzerinin yan panelinə inteqrasiya edilib

    Proqram Təminatı
    Servislər
    14.03.2023
    Emil Nəcəfov
        Microsoft şirkəti süni zəka əsaslı Bing AI çat-botunu Edge brauzerinin yan panelinə inteqrasiya edib. Bu yeni imkanı Edge brauzerinin həm Windows həm də macOS versiyası əldə edib. Şirkət brauzerin sağ hissəsinə böyük ölçülü Bing düyməsini yerləşdirib. Ona klikləyən zaman Bing çat-botunun interfeys pəncərəsi aktivləşir. Əgər istifadəçi yenilənmiş Bing axtarış sisteminin ilkin versiyasının iştirakçısıdırsa, o, çat-bota onu maraqlandıran sualları verə və ya çat-bot vasitəsilə müxtəlif növ mətnləri generasiya edə bilər. Bundan əlavə olaraq istifadəçi çat-botdan bu və ya digər saytdakı məhsullar barəsində məlumatların ümumiləşdirilməsini, onların müqayisəsini və s. kimi əməliyyatarın yerinə yetirilməsini istəyə bilər.
    Linki kopyala