main-post-cover

    SpaceX təyyarələr üçün peyk interneti xidmətini təklif edəcək Starlink Aviation servisini anons edib

    Proqram Təminatı
    Servislər
    19.10.2022
    Farid Pardashunas
        SpaceX şirkəti yaxın zamanda Starlink Aviation adlı yeni servisin istifadəyə veriləcəyini elan edib. Sözügedən yeni servis çərçivəsində Starlink-in aviasiya terminallarına sahib təyyarələrin sərnişinləri internetə qoşula biləcəklər. Bununla belə təqdim ediləcək internet sürəti saniyədə 350 Mbit təşkil edəcək. Əgər Starlink Aviation servisi həqiqətən də təyyarə sərnişinlərini bu cür sürətli internet bağlantısı ilə təmin etsə, bu, videozənglərin reallaşdırılması, online oyunların oynanılması və internetdən standart istifadə edilməsi üçün kifayət edəcək. Qeyd etmək lazımdır ki, bu sürət bir çox aviaşirkət tərəfindən təklif edilən internet sürətindən daha yüksəkdir.
        Verilmiş məlumata əsasən bir çox hallarda təyyarələrdə hava-yer sistemindən istifadə edilir və həmin sistem sərnişinləri maksimum saniyədə 10 Mbit internet sürəti ilə təmin edir. Bununla belə bu halda təklif edilən internet bağlantısı təyyarənin yalnız quraqlıq üzərindən uçuşu zamanı aktiv olur. Təyyarənin su üzərindən uçuşu zamanı isə internet bağlantısı kəsilir. Bəzi hallarda təyyarələrdə peyk sistemlərindən istifadə edilir və onlar saniyədə 30-100 Mbit internet sürətini təmin edirlər. İnternet sürətinə həmçinin internet bağlantısından eyni anda istifadə edən sərnişinlərin sayı da təsir göstərir.
        Starlink Aviation servisinin təsvirində qeyd edilib ki, təklif ediləcək internet bağlantısı hər yerdə aktiv olacaq və cəmi 20 millisaniyə siqnal gecikməsinə sahib olacaq. Starlink Aviation 2023-cü ildə istifadəyə veriləcək. Bir təyyarənin sözügedən servisə qoşulması üçün nəzərdə tutulmuş təchizat komplekti 150 000$-a satılacaq. Servisdən aylıq istifadə haqqı isə 12 500$-25 000$ təşkil edəcək. Aviaşirkətlər özləri üçün təchizat komplektlərini artıq SpaceX-in saytında ön sifariş edə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər