Saytların veb analitikasını aparmağa imkan verən məşhur Alexa.com servisinin fəaliyyyəti dayandırılacaq

Saytların veb analitikasını aparmağa imkan verən məşhur Alexa.com servisinin fəaliyyyəti dayandırılacaq

Servislər
10.12.2021 PAYLAŞIM

    Amazon şirkəti illərlə saytların veb trafik analizlərini aparmağa imkan verən məşhur Alexa servisini bağlayacağını elan edib. İnternetin daimi inkişafı nəticəsində sözügedən servis əvvəlki mənasnı itirib və onun dəstəyinin dayandırılmasına qərar verilib. Verilmiş məlumata əsasən Amazon bu servisi gələn il bağlayacaq. Qeyd etmək lazımdır ki, Alexa.com artıq 25 ildir ki, fəaliyyət göstərir. Sözügedən servisi yaratmış şirkət 1996-cl ildə təsis edilmişdi. Servisin ən geniş inkişaf dövrü 2000-ci illərə təsadüf edir.

    Onun özəllikləri arasında Alexa Traffic Rank kimi alətlər var. Məsələn Alexa Traffic Rank sayta daxil olan istifadəçilərin sayı və baxılan səhifələrin analitikası sayəsində bu və ya digər saytın nə dərəcədə məşhur olmasını təyin etməyə imkan verir. Bəzi saytların sahibləri üçün bu cür göstəricilər vacib xarakter daşıyırdılar. Belə ki, məhz həmin göstəricilərin əsasında saytlar reklam verənlər ilə müqavilələr bağlayırdılar. Amazon isə 1999-cu ildə Alexa.com-u 250 milyon dollara almışdı və həmin vaxtdan Alexa.com servisi Amazon şirkətinin tərkib hissəsi kimi çalışmağa başladı.


    Servisin yaradıcılarının sözlərinə əsasən onlar servisi məşhur İskəndəriyyə kitabxanasının şərəfinə adlandırıblar. Bir neçə ildən sonra isə Amazon şirkəti öz səsli köməkçisini də eyni ad ilə adlandırdı. Alexa.com saytı gələn ilin 1 may tarixində deaktiv ediləcək. Servis artıq yeni istifadəçilərin qeydiyyatlarını dayandırıb. Köhnə istifadəçilər isə gələn ilin 1 may tarixinə kimi servisdən istifadə edə bilərlər. İnternetdə gəzən bir çox məlumata əsasən Amazon Alexa.com domenini məhz səsli köməkçisi üçün istifadə edəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft SwiftKey tətbiqini App Store-a geri qaytarıb

Microsoft SwiftKey Android və iOS üçün nəzərdə tutulmuş alternativ klaviatura tətbiqidir.


Microsoft Office tətbiqlərinin mobil versiyalarındakı 2 funksiyanı il sonuna kim..

Microsoft şirkəti Office tətbiqlərinin mobil versiyalarında 2 funksiyanı bu ilin sonuna kimi deaktiv..


Canva veb redaktoruna təsvirlərin mətn vasitəsilə generasiya edilməsi funksiyası..

Təsvirlərin redaktə olunması üçün nəzərdə tutulmuş Canva veb servisi mətn vasitəsilə fotoların gener..


Google Play-də alternativ ödəniş üsulları istifadəyə verilib

Adətən Google Play daxilində bütün alış-verişlərin ödənişi Google şirkətinin fərdi ödəniş sistemi üz..


GitHub servisi Copilot alətinə səslə idarəetmə funksiyasını əlavə edib

Microsoft-a məxsus olan GitHub servisi özünün Copilot adlı alətinə səslə idarəetmənin inteqrasiyası ..


Samsung müxtəlif platformalar arasında faylların mübadiləsi üçün Dropship tətbiq..

Samsung şirkəti test rejimində Dropship adlı tətbiqi istifadəyə verib.

×