main-post-cover

    Samsung öz smartfonlarında standart axtarış sistemi kimi Bing-dən istifadə etmək ideyasından imtina edib

    Proqram Təminatı
    Servislər
    19.05.2023
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti öz smartfonlarında standart axtarış sistemi qismində Google Search əvəzinə Bing-dən istifadə etməyi nəzərdən keçirdir.  Söhbət, Samsung-un mobil brauzerində olan standart axtarış sistemindən gedir. The Wall Street Journal-ın verdiyi yeni məlumata əsasən Samsung bu ideyanın nəzərdən keçirilməsini dayandırıb. Samsung-un öz smartfonlarında standart axtarış sistemi kimi Google Search-dən imtina etməsi halında Bing axtarış sistemləri bazarında müəyyən qalibiyyətə sahib olacaqdı. Belə ki, uzun illərdir ki, Bing istifadəçi kütləsi məsələsində Google Search-dən çox geridə qalıb.
        Microsoft-un OpenAI şirkətinə milyardlarla dollar investisiya yatırması nəticəsində Bing axtarış sisteminə süni zəka əsaslı funksiyaların inteqrasiya edilməsi öz növbəsində istifadəçilərin Bing-ə maraqlarını artırmaqda yardımçı olub. Samsung-un öz mobil brauzerində standart axtarış sistemi olaraq Bing-i nəzərdən keçirtməsi barəsində məlumat hələ keçən ay ortaya çıxmışdı. Lakin bu cür addım çətin ki, axtarış sistemləri bazarında hansısa dəyişikliyə səbəb ola bilərdi. Çünki Samsung istifadəçilərinin çox hissəsi məhz Google Chrome-dan istifadə edir. Samsung-un bu cür ideyadan imtina etməsinə baxmayaraq şirkət Bing-in perspektivlərindən imtina etmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər