Samsung öz smartfonlarında Google Search-ü Microsoft Bing ilə əvəz edə bilər
Proqram Təminatı
Servislər
17.04.2023
Farid Pardashunas
The New York Times-ın verdiyi məlumata əsasən Samsung şirkəti öz smartfonlarında standart olaraq istifadə edilən axtarış sistemini dəyişməyi nəzərdən keçirdir. Belə ki, şirkət öz smartfonlarında Google Search-dən imtina edə və onu Microsoft Bing ilə əvəzləyə bilər. Bu isə öz növbəsində Google şirkətinin biznesinə ciddi təsir göstərə bilər. Lakin Samsung-un öz smartfonlarında Bing-ə keçid etməsi üçün də tutarlı səbəbi var. Məlumata əsasən Samsung bu cür addımı süni zəka əsaslı ChatGPT çat-botunun sürətlə inkişaf etməsi və onun brauzer imkanlarını genişləndirməsi səbəbilə ata bilər.
Jurnalistlər bildiriblər ki, Samsung-un bu cür fikri Google şirkətini heç də sevindirməyib. Belə ki, Google Search-ün Samsung smartfonlarında standart axtarış sistemi qismində istifadə edilməsi hər il Google şirkətinə 3 milyard dollar qazanc gətirir. Məlumata əsasən Samsung ilə Google arasında danışıqlar hələ də davam edir və nəticə etibarilə Samsung öz smartfonlarında Google Search-dən istifadəni davam etdirə bilər. Bununla yanaşı məlumatda qeyd edilib ki, Google hal hazırda Magi adlı yeni süni zəka əsaslı çat-bot üzərində çalışır və onun may ayında ABŞ-da istifadəyə verilməsi planlaşdırılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)