main-post-cover

    Samsung daxilində ChatGPT və ya onun analoqlarından istifadə tamamilə qadağan edilib

    Proqram Təminatı
    Servislər
    03.05.2023
    Emil Nəcəfov
        Samsung şirkəti öz əməkdaşlarına ChatGPT və onun alternativlərindən istifadəni tamamilə qadağan edib. Əks halda əməkdaşlar işdən azad ediləcəklər. Şirkət tərəfindən təyin edilmiş bu qadağa aprel ayında əməkdaşlar tərəfindən ChatGPT-yə qapalı mənbə kodunun göndərilməsi ilə bağlıdır. Məlumatda süni zəka əsaslı çat-bota Samsung-un hansı servisinin qapalı mənbə kodunun göndərildiyi qeyd edilməyib. Sadəcə məlumdur ki, şirkət öz intellektual mülkiyyətini kənar servislər vasitəsilə sızıdırlma hallarından qorumaq niyyətindədir.
        Təyin edilmiş qadağaya əsasən Samsung-a məxsus olan daxili şəbəkələrdə, xidməti planşetlərdə, kompüterlərdə və smartfonlarda ChatGPT və ya onun analoqlarının istifadə imkanı artıq mümkün deyil. Məlumatda həmçinin qeyd edilib ki, şirkət süni zəka texnologiyasından tamamilə imtina etmir və buna görə də öz daxili süni zəka sistemlərinin hazırlanması ilə məşğuldur. Hazırlanan süni zəka sistemləri isə proqram təminatlarının yaradılmasında və müxtəli növ sənədlərin tərcümə olunaraq ümumiləşdirilməsində istifadə ediləcək.
    Linki kopyala