main-post-cover

    OpenAI ChatGPT-nin iOS üçün tətbiqini hazırlayacaq

    Proqram Təminatı
    Servislər
    05.04.2023
    Farid Pardashunas
        OpenAI şirkəti öz saytında təcrübəli iOS tərtibatçı axtardığını elan edib. Məlumatda qeyd edilib ki, işə götürüləcək iOS tərtibatçının əsas vəzifəsi süni zəka əsaslı ChatGPT çat-botunun Apple smartfonları üçün nəzərdə tutulmuş versiyasının hazırlanması olacaq. Görünür, söhbət, çat-botun mobil cihazlar üçün nəzərdə tutulmuş tətbiqindən gedir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə OpenAI bildirmişdi ki, o, çat-botun mobil versiyasını istifadəyə verməyi planlaşdırır.
        ChatGPT-nin mobil tətbiqin ilk versiyasının hamı üçün nə zaman istifadəyə veriləcəyi bilinmir. Ümumiyyətlə mobil tətbiqin test versiyasının olub-olmayacağı da məlum deyil. Lakin OpenAI şirkətinin saytındakı məlumatlardan belə qənaətə gəlmək olar ki, şirkət öz məşhur çat-botunun həmçinin watchOS macOS versiyalarını da hazırlamağı nəzərdən keçirdir.
        Hər halda şirkət tərtibatçı axtarışında bu əməliyyat sistemlərinin bilinməsini də tələb edir. Heç istisna deyil ki, şirkət ChatGPT-nin Android cihazlar üçün nəzərdə tutulmuş tətbiqini də istifadəyə verəcək. Süni zəka əsaslı çat-botun istifadəçilər arasında çox məşhur və bütün dünyada Android-in ən geniş yayılmış mobil əməliyyat sistemi olduğunu nəzərə alsaq, ChatGPT-nin mobil tətbiqin həmçinin Android-də də istifadəyə verilməsi sadəcə zaman məsələsidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər