main-post-cover

    Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

    Proqram Təminatı
    Servislər
    01.06.2023
    Emil Nəcəfov
        Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya etməyə hazırlaşır. Şirkət öz brauzerində hansı şirkətin çat-botundan istifadə edəcəyinə hələ qərar verməyib. Məlumatda qeyd edilib ki, şirkət OpenAI ilə Google arasında seçim etməlidir. Mozilla hal hazırda istifadəçilərə rahat olacaq optimal həllin axtarışındadır. Yekun qərar Mozilla-nın OpenAI və Google ilə olacaq danışıqlarının nəticələrindən asılı olacaq. Qeyd etmək lazımdır ki, Mozilla Google ilə xüsusi əməkdaşlıq müqaviləsinə sahibdir. Müqavilənin şərtlərinə əsasən Mozilla Firefox brauzerində Google Search-ü standart axtarış sistemi kimi təqdim etməlidir. Lakin tərəflər arasındakı əməkdaşlıq digər texnologiyalara şamil olunmur. Buna görə də brauzer sisteminə çat-botun inteqrasiyası məsələsində OpenAI şirkəti Mozilla-ya daha sərfəli təkliflər edə bilər.
    Linki kopyala