main-post-cover

    Midjourney neyron şəbəkəsindən pulsuz istifadə imkanı ləğv edilib

    Proqram Təminatı
    Servislər
    31.03.2023
    Farid Pardashunas
        Midjourney şirkəti özünün eyniadlı neyron şəbəkəsindən pulsuz istifadə imkanını ləğv edib. Bu, istifadəçilərin Midjourney-dən istifadə edərək məşhur şəxslər üzərindən deepfake-lər yaratmalarından sonra baş verib. Qeyd etmək lazımdır ki, Midjourney neyron şəbəkəsi mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi üçün nəzərdə tutulub. Şirkətin təsisçisi və direktoru olan David Holz rəsmi olaraq bildirib ki, şirkət öz neyron şəbəkəsindən pulsuz istifadə imkanını ləğv edib. Səbəb isə neyron şəbəkəsinə olan böyük tələbat və istifadəçilərin ondan sui-istifadə etmələridir.
        Holz-un sözlərinə əsasən neyron şəbəkəsindən istifadə üzrə yeni təhlükəsizlik qaydaları pulsuz istifadə çərçivəsində generativ süni zəkadan düzgün şəkildə istifadə etməmə hallarının qarşısını ala bilməyiblər. Bundan sonra Midjourney-dən istifadə etmək üçün istifadəçilər aylıq 10$ ödəməli olacaqlar. The Washington Post-un verdiyi məlumata əsasən son zamanlarda Midjourney heç də xoş olmayan mövzuların mərkəzlərində yer alıb. Məsələn istifadəçilər neyron şəbəkəsindən istifadə edərək Donald Trump-ın həbsini və Roma Papası Fransiski dəbli geyimlərdə əks etdirən saxta fotoların yaradılmasında istifadə ediblər.
        Bu cür fotoların tez zamanda fake olduqları sübuta yetirilsə də, dələduzlar internet məkanında dezinformasiyanın yayılması üçün Midjourney kimi neyron şəbəkələrindən istifadə edə bilərlər. Şirkət öz növbəsində bildirib ki, fotoların tərtib edilməsi üçün istifadə edilən neyron şəbəkələrindən istifadə qaydaları təkmilləşdirməyə ehtiyac duyurlar. Holz bildirib ki, Midjourney vasitəsilə süni zəka kontentinin yaradılmasına istiqamətlənmiş siyasətin formalaşdırılmasının qəlizləşməsinə səbəb olan əsas faktorlardan biri də süni zəka sistemlərinin sözün əsl mənasında inandırıcı fotolar yarada bilməsi ilə bağlıdır. Bununla belə Midjourney süni zəka kontentlərinin moderasiyasını təkmilləşdirməyə davam edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər