main-post-cover

    Microsoft süni zəka əsaslı Bing çat-botunu SwiftKey virtual klaviaturasına inteqrasiya edib

    Proqram Təminatı
    Servislər
    06.04.2023
    Emil Nəcəfov
        Görünür, Microsoft şirkəti OpenAI şirkətinin GPT dil modeli əsasında hazırlanmış Bing çat-botunu bütün servislərinə inteqrasiya etməyi hədəfləyib. Belə ki, şirkət bu dəfə Bing çat-botunu özünün SwiftKey adlı klaviatura tətbiqinə inteqrasiya edib. İstifadəçilər aşkar ediblər ki, SwiftKey-in Android üçün nəzərdə tutulmuş son beta versiyasında Bing çat-botundan istifadə etmək imkanı mövcuddur. İstifadəçi virtual klaviaturanın interfeysi vasitəsilə Bing çat-botunu işə sala bilər. Faktiki olaraq istifadəçi çat-botun desktop versiyasındakı olan funksiyaları SwiftKey daxilində əldə edir. Qeyd etmək lazımdır ki, Bing çat-botu virtual klaviatura tətbiqinin hələ ki, yalnız beta versiyasında aktivdir. Onun stabil SwiftKey-ə nə zaman əlavə ediləcəyi bilinmir.
    Linki kopyala