main-post-cover

    Microsoft şirkəti Mixer streaming servisini bağlayacaq: Şirkət digər servisin inkişafına yönəlib

    Proqram Təminatı
    Servislər
    24.06.2020
    Emil Nəcəfov
        Bəzən yüksək səviyyəli rəqabətə hətta 10 milyonlarla dollar vasitəsilə də qalib gəlmək olmur. Görünür, Microsoft şirkəti də bu cür nəticəyə gələrək Mixer adlı streaming platformasının inkişaf etdirilməsindən imtina etdi. Mixer-də fəaliyyət götərmiş bloggerlər ilə izləyicilərə Facebook Gaming platformasına keçid etmək məsləhət görülüb. Mixer 22 iyul tarixində fəaliyyətini dayandıracaq. Buna görə də Microsoft şirkəti artıq bloggerlər ilə izləyicilərin yeni platformaya keçid etmələri üzərində çalışır.
        Facebook Gaming də Mixer-də olmuş partnyorluq şərtlərini məşhur bloggerlərə təklif edib. Lakin məlumata əsasən Ninja Shroud kimi məşhur streamer-lər Facebook Gaming-ə keçməkdən imtina ediblər. Halbuki Facebook Gaming həmin şəxslərə ikiqat ödəniş təklif edirdi. Məlumatda qeyd edilib ki, bu müddət ərzində Mixer platforması sayəsində Ninja 30 milyon dollar, Shroud isə 10 milyon dollar vəsait qazanb. Qeyd etmək lazımdır ki, Mixer platforması 2016-cı ildə istifadəyə verilmişdi. Bir sıra məşhur şəxslər ilə müqavilələrə baxmayaraq sözügedən platforma Twitch Youtube servislərini geridə qoya bilmədi. 
    Linki kopyala