main-post-cover

    Microsoft Office tətbiqlərinin mobil versiyalarındakı 2 funksiyanı il sonuna kimi deaktiv edəcək

    Proqram Təminatı
    Servislər
    16.11.2022
    Emil Nəcəfov
        Microsoft şirkəti Office tətbiqlərinin mobil versiyalarında 2 funksiyanı bu ilin sonuna kimi deaktiv edəcək. Söhbət, Transfer Files Nearby Sharing adlı funksiyalardan gedir. Transfer Files funksiyası Office tətbiqlərindəki faylları kompüterə göndərmək imkanını verir. Bu proses özündə URL ünvanı aktivləşdirməyi, iki cihazın sinxronlaşması üçün nəzərdə tutulmuş QR kodun skanını və faylların göndərilməsini birləşdirir.
        Microsoft-un fikrincə Transfer Files funksiyasını rahatlıqla OneDrive ilə əvəz etmək olar. O isə öz növbəsində Office tətbiqlərinə inteqrasiya edilib. Nearby Sharing funksiyasına gəldikdə isə adından da bəlli olduğu kimi o, bir-birinə yaxın olan Android cihazlar arasındakı fayl mübadiləsini mümkün edir. Lakin Microsoft-un fikrincə bu funksiya şirkət müştərilərinin bütün tələblərinə cavab verə bilmir. Beləliklə Office tətbiqlərinin mobil versiyalarında Transfer Files və Nearby Sharing funksiyaları 31 dekabr tarixində deaktiv ediləcək.
    Linki kopyala