main-post-cover

    Microsoft Copilot adlı süni zəka köməkçisini OneNote tətbiqinə inteqrasiya edib

    Proqram Təminatı
    Servislər
    06.04.2023
    Farid Pardashunas
        OneNote tətbiqi Microsoft-un ofis tətbiqlər paketinin əsas alətlərindən biri hesab edilməsə də, o, istifadəçilər arasında çox məşhurdur. İndi isə məlum olub ki, şirkət sözügedən tətbiqə yeni funksiyalar əlavə edib. Söhbət, süni zəka əsaslı funksiyalardan gedir. Daha öncə Copilot adlı süni zəka köməkçisi Word, Excel, PowerPoint, Outlook Teams-ə inteqrasiya edilmişdi. İndi isə bu süni zəka köməkçisi OneNote tətbiqinə inteqrasiya edilib. Söhbət, hələ ki, bəzi funksiyalardan gedir.
        Məsələn istifadəçi OneNote-da Copilot-dan hansısa tədbirin planını tərtib etməyi və ya yeni səhifədə hansısa qeydin tezislər şəklində ümumiləşdirilməsini istəyə bilər. İstifadəçi isə öz növbəsində Copilot tərəfindən tərtib edilmiş istənilən kontentə baxa, tərtib edilmiş kontentin gözləntiləri qarşılamadığı halda Copilot-dan onun yenidən tərtib edilməsini tələb edə və ya ümumiyyətlə tərtib edilmiş kontenti silə bilər. OneNote tətbiqi daxilində Copilot ilk növbədə məhdud sayda istifadəçi arasında test ediləcək və daha sonra hamı üçün aktivləşdiriləcək. Bunun isə nə zaman baş verəcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər