main-post-cover

    Microsoft ciddi dəyişikliklərə sahib olacaq yenilənmiş ChatGPT-nin təqdimatına hazırlaşır

    Proqram Təminatı
    Servislər
    10.03.2023
    Farid Pardashunas
        ChatGPT əsasında hazırlanmış çat-bota sahib yenilənmiş Bing axtarış sisteminin istifadəyə verilməsindən 3 həftə vaxt keçib. Qeyd etmək lazımdır ki, yenilənmiş Bing-in gündəlik istifadəçi kütləsi artıq 100 milyon insana çatıb. Lakin Microsoft bununla yetinmək niyyətində deyil. Belə ki, şirkət ciddi dəyişikliklərə sahib olacaq yenilənmiş ChatGPT-nin təqdimatını anons edib. Qeyd etmək lazımdır ki, ChatGPT və onun əsasında hazırlanmış çat-bota sahib yenilənmiş Bing axtarış sistemi istifadəçilərin demək olar istənilən sorğularına konkret cavabları təqdim etməyi bacarırlar. Cavabların tərtib və təqdim edilməsi üçün bu sistemlər öz məlumatlar bazasından istifadə edirlər. Microsoft-un yenilənmiş Bing axtarış sistemində olan çat-botu ChatGPT 3.5 əsasında hazırlanıb.
        Lakin gələn həftə ChatGPT 4.0 təqdim ediləcək. Bu barədə məlumatı Microsoft-un Almaniya üzrə şöbəsinin texniki direktoru təqdim edib. Gözləntilərə əsasən ChatGPT 4.0 cavabların sürətli şəkildə tərtib edilməsi ilə yanaşı multimodal modellərin dəstəyini əldə edəcək. Bu isə öz növbəsində çat-bota tamamilə yeni imkanları açacaq. Hal hazırda ChatGPT ilə yalnız mətn formatında qarşılıqlı əlaqədə olmaq mümkündür. Lakin ChatGPT 4.0 təsvirləri və səsləri də anlaya biləcək. Gözləntilərə əsasən yenilənmiş çat-bot istifadəçilərin sorğuları əsasında videolar tərtib edə biləcək. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, ChatGPT-nin yaradıcısı ola OpenAI şirkəti ChatGPT əsasında çalışacaq mobil tətbiq üzərində çalışır və həmin tətbiq videoların tərtib edilməsi imkanına sahib olacaq. Bundan əlavə olaraq güman edilir ki, ChatGPT 4.0-ın təqdim edəcəyi cavablar daha təbii olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər