main-post-cover

    Microsoft Bing bir ay ərzində Çində ən məşhur axtarış sistemi olub

    Proqram Təminatı
    Servislər
    23.05.2023
    Farid Pardashunas
        Microsoft şirkətinin Bing axtarış sisteminə süni zəka əsaslı funksiyaların inteqrasiya edilməsi ona qlobal bazarda bəzi üstünlüklər qazandırır. Statcounter adlı analitik şirkətin verdiyi məlumata əsasən aprel ayında Bing-in kompüterlər üçün nəzərdə tutulmuş versiyasının məşhurluğu Çində sürətlə yüksəlməyə başladı. Nəticədə Bing-in Çin bazarındakı payı 37.4% təşkil etdi. O, Çinin Baidu adlı yerli axtarış sistemindən 10% qabaqdadır. Baidu-nun Çin bazarındakı payının 27.01%-ə enməsi Bing-ə lider mövqeləri əldə etməyə yardımçı olub.
        Çində ən məşhur axtarış sistemlıəri reytinqində üçüncü yeri Sogou (16.36%), dördüncü yeri Yandex (7.45%), beşinci yeri Haosou (6.25%), altıncı yeri isə Google (5.2%) tutur. Bing-in bu qədər məşhur olmasının əsas səbəblərindən biri də ona süni zəka əsaslı funksiyalar ilə çat-botun inteqrasiya edilməsidir. Fevral ayında Bing GPT-3.5-dən istifadə etməyə başladı, mart ayında isə artıq GPT-4-ə keçid etdi. Bing-in Çində çox məşhur olması axtarış sistemləri bazarının dinamik təbiətindən və bu bazarın əsas oyunçuları arasındakı rəqabətin yüksəlməsindən xəbər verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər