main-post-cover

    Meta şirkəti milyardlarla insana süni zəka əsaslı servislər təqdim edəcək

    Proqram Təminatı
    Servislər
    28.04.2023
    Farid Pardashunas
        Rüb üzrə maliyyə hesabatının təqdim edilməsi zamanı investorlar qarşısında çıxış etmiş Mark Zuckerberg bildirib ki, Meta şirkəti milyardlarla insana süni zəka əsaslı servislərin təqdim edilməsi imkanını görür. Bununla belə Zuckerberg süni zəka əsaslı servislərin Meta-nın məhsullarına necə inteqrasiya ediləcəyi barəsində ətraflı məlumat verməyib. “Biz, Whatsapp ilə Messenger-dəki çatların imkanlarını, Facebook Instagram postları üçün vizual kontentlərin yaradılması alətlərini və reklamı nəzərdən keçirdirik” - deyə Mark Zuckerberg qeyd edib.
        Zuckerberg-in fikrincə videolar və digər müxtəlif kontentlər tərtib edə bilən süni zəka əsaslı servislər bizneslərdən tutmuş adi istifadəçilərə qədər hamı üçün faydalı olacaq. Söhbət, əsasən biznes xarakterli yazışmalar və müştərilərin dəstəklənməsi üçün nəzərdə tutulmuş süni zəka imkanlarından gedir. Müəyyən müddətdən sonra isə süni zəka həmçinin metakainatda istifadə ediləcək. Zuckerberg bildirib ki, Meta şirkətinin generativ süni zəka məhsulları yaxın aylarda istifadəyə verilə bilər. Bununla yanaşı o, qeyd edib ki, generativ süni zəka sistemləri şirkətin demək olar hər bir məhsulunu əhatə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər