main-post-cover

    Meta şirkəti bütün servislərinə müxtəlif generativ süni zəka sistemlərini inteqrasiya edəcək

    Proqram Təminatı
    Servislər
    09.06.2023
    Farid Pardashunas
        Meta şirkətinin əməkdaşları ilə görüş çərçivəsində şirkət CEO-su Mark Zuckerberg elan edib ki, şirkət özünün Facebook Instagram platformalarına mətn, foto və video tərtib etməyə imkan verən generativ süni zəka sistemlərini inteqrasiya edəcək. Meta-nın generativ süni zəka sistemlərinin hazırlanması və tədqiqatlarında öndə gedən şirkətlərdən biri olmasına baxmayaraq, o, həmin texnologiyaların öz məhsullarına inteqrasiya məsələsində çox gecikib. Şirkət əməkdaşları ilə görüş zamanı Zuckerberg müxtəlif hazırlanma mərhələsində olan bir neçə yeni texnologiyanı anons edib və həmin texnologiyaların əksəriyyəti şirkətin müxtəlif servis və məhsul istifadəçiləri üçün təqdim ediləcək.
        Məsələn, hazırlanan texnologiyalardan biri vasitəsilə istifadəçilər mətn formatında təsvirlər sayəsində öz fotolarını redaktə edə və daha sonra onları Instagram Stories-ə yükləyə biləcəklər. Hazırlanan digər bir texnologiya isə müxtəlif bacarıqlara və özəlliklərə sahib bir neçə süni zəka əsaslı çat-botun yaradılması imkanını verəcək. Həmin çat-botlar istifadəçilərə yardım edə və ya onları əyləndirə bilərlər. Bu cür çat-botlar əsasən Facebook Messenger-də və Whatsapp-da istifadə ediləcək. Bütün bu layihələrin isə nə zaman istifadəyə veriləcəyi tam dəqiq bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər