main-post-cover

    Məşhur Tor brauzerinin yaradıcıları Mullvad Browser adlı yeni brauzeri təqdim ediblər

    Proqram Təminatı
    Servislər
    03.04.2023
    Farid Pardashunas
        İstifadəçiləri anonim şəbəkə qoşulması ilə təmin edən məşhur Tor brauzerinin yaradıcıları Mullvad Browser adlı yeni brauzeri təqdim ediblər. Sözügedən yeni brauzerin yaradılmasında eyniadlı VPN servisin komandası iştirak edib. Tor-dan fərqli olaraq Mullvad Browser onion routing (kompüter şəbəkəsi üzərindən məlumatların anonim şəkildə mübadiləsi texnologiyası) texnologiyasına deyil, VPN texnologiyasına əsaslanır.
        Bu iki brauzerdə reallaşdırılmış müxtəlif şəbəkə texnologiyalarına baxmayaraq Mullvad Browser-in tərtibatçıları qeyd ediblər ki, o, istifadəçinin tam təhlükəsizliyini və konfidensiallığını təmin edir. Bununla yanaşı tərtibatçılar bildiriblər ki, onlar yeni brauzer vasitəsilə heç bir istifadəçi məlumatını yığmırlar. Məlumatda qeyd edilib ki, Mullvad Browser-də standart olaraq incognito rejimi aktivdir və nəticədə cookie faylları, keş və istifadəçilərin daxil olduqları saytların tarixçələri yaddaşda qalmır. Sözügedən yeni brauzer tamamilə pulsuz təklif edilir və o, açıq mənbə koduna sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər