Reklam
İstifadəçilərin internetdə 1 dəqiqə ərzində istifadə etdikləri müxtəlif məlumatların həcmi hesablanıb

İstifadəçilərin internetdə 1 dəqiqə ərzində istifadə etdikləri müxtəlif məlumatların həcmi hesablanıb

Servislər
22.09.2022 PAYLAŞIM

    Domo adlı şirkət hər il Data Never Sleeps adlı hesabatı təqdim edir. Sözügedən hesabat istifadəçilərin hər dəqiqə ərzində internetdə nə qədər həcmdə məlumat istehlak etdiklərini sərgiləyir. Bu il də istisna olmadı. Təqdim edilmiş yeni hesabatda sosial şəbəkələrdəki aktivliklər, izlənən milyonlarla saat videolar, internet mağazalarda olan sifarişlər və s. məlumatlar əks olunub. Beləliklə hesabata əsasən hər 60 saniyə ərzində bütün dünyada ortalama olaraq 231.4 milyon elektron məktub və 16 milyon mətnli mesaj göndərilir. Hər 60 saniyə ərzində Facebook-da 1.7 milyon paylaşım edilir, Twitter-də 347.200 tweet göndərilir, Instagram səhifələrində 66 000 yeni foto ortaya çıxır, Snapchat-da isə 2.43 milyon foto paylaşılır və silinir.

    Hər 60 saniyə ərzində Youtube platformasına ümumilikdə 500 saatlıq müxtəlif kontent yüklənir, Tinder-də 1.1 milyon potensial partnyor qiymətləndirilir, Google-a 5.9 milyon axtarış sorğusu göndərilir, Zoom-da isə ümumi olaraq 104.6 saatlıq videozənglər reallaşdırılır. Amazon müştəriləri hər 1 dəqiqə ərzində Amazon platformasında 443 000$ vəsait xərcləyirlər, blockchain istifadəçiləri ümumi 90.2 milyon dollar dəyərində müxtəlif kriptovalyutalar alırlar, online kinoteatr izləyiciləri isə ümumi 1 milyon saat xronometraja sahib müxtəlif kontentlər izləyirlər


    İstifadəçilərin son 10 il ərzində internet üzərindən istehlak etdikləri məlumatların artma dinamikası da marağı cəlb edir. Məsələn 2012-ci ildə Google-a hər dəqiqə ərzində 2 milyon axtarış sorğusu göndərilirdi, Instagramda 3.6 min yeni foto ortaya çıxırdı, 100 000 tweet göndərilirdi və Facebook-da 684 000 paylaşım edilirdi. Bu göstəricilərdən yalnız elektron poçt məktublarında diqqət çəkəcək dərəcədə artım olmayıb. Belə ki, 2012-ci ildə hər dəqiqə ərzində 204 milyon elektron məktub göndərilirdi. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bu tətbiqlər sizin məlumatları heç kimə verən deyil - TOP 3

İnternet məcrasında və rəqəmsal dünyada başımıza gələcək ən pis hadisələrdən biri də şəxsi məlumatla..


Bu 4 tətbiq həyatını dəyişəcək - Tech-Help

Həyatımızı dəyişəcək və bir növ daha yaxşı yaşamağımıza səbəb olacaq tətbiqlər rubrikamızda bu dəfə ..


Google mobil oyunlar ilə tətbiqlər daxilində qıcıqlandırıcı reklamlara müəyyən q..

Google özünün tətbiqlər mağazası olan Google Play Store-dan köhnəlmiş tətbiqləri silməklə yanaşı həm..


ByteDance şirkəti TikTok Music servisini istifadayə verməyə hazırlaşır

Məşhur video platforma olan TikTok-un sahibi ByteDance şirkəti bu ilin may ayında ABŞ-ın Ticarət niş..


Google Play Store region dəyişmə qaydası (bağlı oyunları yüklə)

Google Play Store-da bəzi tətbiq və oyunlar var ki, tərtibatçılar bu oyun və həlləri yalnız müvafiq ..


Youtube Premium-un faydalı funksiyası iPhone və iPad istifadəçiləri üçün pulsuz ..

Google şirkəti Youtube Premium-da mövcud olan vacib funksiyanın pulsuz şəkildə iOS və iPadOS-də isti..

×