İstifadəçilər sifariş etdikləri bağlamaları Gmail vasitəsilə izləyə biləcəklər
Proqram Təminatı
Servislər
04.11.2022
Farid Pardashunas
Google şirkəti yaxın zamanda Gmail-də istifadəyə veriləcək yeni funksiya barəsində danışıb. İstifadəyə veriləcək yeni funksiya sifariş bağlamalarını rahat şəkildə izləmək imkanını verəcək. Beləliklə bundan sonra istifadəçi sifariş bağlamasının nə zaman ona çatacağını öyrənmək üçün Gmail daxilində məktubu açıb oxumaq məcburiyyətində qalmayacaq. Bu yeni funksiya yaxın zamanda olacaq gərgin bayram günlərindəki yüklənmələri daha da azaldacaq. Gmail daxilindəki məktublar siyahısında yaşıl rəngli indikator əks olunacaq və həmin indikator sifariş bağlamasının nə zaman çatdırılacağını bildirəcək.
Müvafiq məktubu açmaqla istifadəçi sifariş bağlaması barəsində olan ətraflı məlumatı əldə edə biləcək. Açılacaq məktubda həmçinin sifariş bağlamasının izlənməsi üçün nəzərdə tutulacaq link də yerləşdiriləcək. Poçt qutusunda sifarişin qısa statusu (bugün və ya sabah çatdırılması) əks olunacaq. Sifarişin gecikməsi halında istifadəçi bu barədə bildiriş əldə edəcək. Sözügedən funksiya avtomatik olaraq çalışmayacaq. İstifadəçi Gmail-ə daxil olan zaman ekranda əlavə pəncərə əmələ gələcək və həmin pəncərədə istifadəçiyə Gmail üzərindən sifariş bağlamalarının izlənməsi özəlliyinə abunə olmaq təklifi ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)