main-post-cover

    İstifadəçilər Google hesablarına artıq şifrələrdən istifadə etmədən daxil ola bilərlər

    Proqram Təminatı
    Servislər
    04.05.2023
    Farid Pardashunas
        Bugündən başlayaraq Google istifadəçiləri öz hesablarına daxil olmaq üçün artıq şifrələrdən və iki mərhələli autentifikasiya kodlarından istifadə etməyə bilərlər. Passkeys adlı kriptoqrafik açarlar texnologiyası əsasında qurulmuş yeni həll üsulu çərçivəsində Google hesabına daha öncədən hesabın autentifikasiyadan keçmiş olduğu cihaz vasitəsilə daxil olmaq mümkün olacaq. Passkeys şifrələrə alternativ olan daha təhlükəsiz sistemdir və bu sistem Google, Apple, Microsoft və digər texnoloji şirkətlər tərəfindən irəli sürülür.
        Bu texnologiya ənənəvi şifrələri və SMS vasitəsilə olan təsdiq kodlarını cihazdakı PIN kod və ya biometrik autentifikasiya ilə əvəz etməyə imkan verir. Passkeys biometrik məlumatları Google və ya hansısa digər bir şirkətə ötürmür. Bu isə öz növbəsində yüksək təhlükəsizliyi təmin edir. Belə ki, bu texnologiya çərçivəsində oğurlanması mümkün olan hər hansısa bir şifrə yoxdur. Passkeys iOS 16 ilə Android 9 və onlardan sonra işıq üzü görmüş əməliyyat sistemi versiyalarında aktivdir. Google hesabına daxil olmaq istəyən zaman sistem biometrik yoxlanış sorğusunu cihaza göndərəcək. Daha sonra istifadəçi biometrik autentifikasiyadan keçəndən sonra Google hesabına daxil ola biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər