main-post-cover

    Huawei NetGPT adlı süni zəka əsaslı çat-bot üzərində çalışır

    Proqram Təminatı
    Servislər
    28.04.2023
    Farid Pardashunas
        Çinin texnoloji nəhənglərindən biri olan Huawei özünün NetGPT adlı süni zəka əsaslı çat-botu vasitəsilə OpenAI şirkəti ilə rəqabət aparmaq niyyətindədir. Huawei NetGPT əmtəə nişanını qeydiyyatdan keçirmək üçün Çinin Əmtəə Nişanları və Patentləri Agentliyinə bir neçə müddət bundan öncə rəsmi sorğu göndərib. Məlumatda qeyd edilib ki, NetGPT adlı əmtəə nişanı qeydiyyatdan keçirilən məhsullar kateqoriyasında 9-cu sinifə daxil olan məhsullara aid edilir.
        Bu kateqoriya isə özündə elmi məhsulları birləşdirir. Şirkət tərəfindən göndərilmiş sorğuya hal hazırda agentlik tərəfindən baxılır. Huawei NetGPT adlı süni zəka əsaslı çat-bot üzərində çalışdığını rəsmi şəkildə açıqlamayıb. Qeydiyyat sorğusunda isə çat-bot barəsində hansısa konkret bir məlumat yoxdur. Huawei hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, o, ChatGPT-ni öz məhsullarına inteqrasiya etməyəcək və bunun yerinə daha təkmilləşdirilmiş süni zəka texnologiyalarının yaradılması ilə məşğul olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər