main-post-cover

    Google Windows-da Android oyunları işə salacaq Play Games servisinin beta versiyasını istifadəyə verib

    Proqram Təminatı
    Servislər
    20.01.2022
    Farid Pardashunas
        Google şirkəti Windows platforması üçün nəzərdə tutulmuş Android oyunlar mağazasının beta versiyasını təqdim edib. Onun sayəsində Windows istifadəçiləri öz cihazlarında Android oyunları işə sala biləcəklər. Bununla belə sözügedən proses zamanı smartfondan istifadə etməyə ehtiyac qalmayacaq. Google Play-dən fərqli olaraq Android oyunların Windows üçün nəzərdə tutulmuş servisi olan Google Play Games təqdim olunan oyunlar barəsində geniş təsviri özündə əks etdirib və servisin interfeysi böyük ekranlı cihazlar üçün optimizasiya edilib. İstifadəçilər mobil oyunlardakı nailiyyətlərini bir neçə cihazda sinxronlaşdıra və oyun təcrübələrini qoruyub saxlaya bilərlər.
        Bundan əlavə olaraq oyunçular servisdən aktiv şəkildə istifadə etdikləri halda onlar Play Points adlı xüsusi xallar əldə edəcəklər. Google Play Games servisinin kompüterdə işə salınması üçün kompüter Windows 10 və ya Windows 11 vasitəsilə çalışmalı və bununla yanaşı bir sıra sistem tələbinə cavab verməlidir. Söhbət, 8 məntiqi nüvəyə sahib prosessordan (məntiqi nüvələr - bir nüvənin eyni anda 2 və ya daha artıq əmri yerinə yetirməsi imkanı) və 8 GB RAM-dan gedir. Onu da qeyd etmək lazımdır ki, 8 məntiqi nüvəyə sahib prosessorlar sinifinə həmçinin 4 nüvəli bir çox prosessor da daxildir. Google Play Games-in kompüterdə işə salınması üçün həmçinin aşağıdakı videokartlardan biri lazım olacaq.
    - Nvidia seriyası: GTX 600, 700, 800, 900, 10, 16, 20, 30 və ya Volta
    - AMD seriyası: Radeon HD 7790, 7850, 7870, 7950, 7970, 7990, 8970, 8990 və ya R9 200, R7/R9 300, RX 400, RX 570, 570, 890, RX Vega, VII, RX 5000, RX 6000
    - Intel Iris Xe.
        Qeyd etmək lazımdır ki, Google Play Games servisinin beta testində hələ ki, Cənubi Koreya, Honkonq və Tayvan istifadəçiləri iştirak edə bilərlər. Servisin digər ölkələrdə istifadəyə verilməsi barəsində məlumat daha sonra veriləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər