main-post-cover

    Google uzun müddət ərzində aktivlik sərgiləməyən istifadəçi hesablarını siləcək

    Proqram Təminatı
    Servislər
    17.05.2023
    Farid Pardashunas
        Google şirkəti elan edib ki, o, müəyyən istifadə hesablarını yaxın zamanda siləcək. Söhbət, 2 və ya daha çox il ərzində istifadə edilməyən istifadəçi hesablarından gedir. Məlumatda qeyd edilib ki, bu cür istifadəçi hesablarının hack edilmələri ehtimalı yüksəkdir. Bununla yanaşı bu cür istifadəçi hesablarında iki mərhələli autentifikasiyanın ayarlanması çox qəliz məsələdir. Bu isə öz növbəsində istifadəçilərin konfidensial məlumatlarını təhlükə altına atır. İstifadəçi hesabının şirkət tərəfindən silinməməsi üçün istifadəçi çox sadə bir əməliyyatı yerinə yetirməlidir.
        Belə ki, o öz istifadəçi hesabında il ərzində minimum bir dəfə aktivlik sərgiləməlidir. Aktivliyin sərgilənməsi dedikdə isə elektron məktubların göndərilməsi, Google Drive-dan istifadə edilməsi, Youtube-da videoların izlənməsi, Google Play-dən tətbiqlərin yüklənməsi, Google Search-dən istifadə edilməsi və ya kənar servis ilə tətbiqlərdə Google hesabı vasitəsilə girişin edilməsi nəzərdə tutulur. Google uzun müddət ərzində aktivlik sərgiləməyən istifadəçi hesablarını bu ilin dekabr ayından başlayaraq siləcək. Prosesin reallaşdırılmasına az müddət qalmış həmin istifadəçi hesabları bu barədə bildiriş əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər