Google Search istifadəçi sorğularında qrammatik səhvlərin axtarışı funksiyasını əldə edib

Google Search istifadəçi sorğularında qrammatik səhvlərin axtarışı funksiyasını əldə edib

Servislər
08.08.2023 PAYLAŞIM

    Google tərtibatçıları Google Search axtarış sisteminə yeni funksiyalar əlavə edərək onu təkmilləşdirməyə davam edirlər. Bu dəfə Google axtarış sistemi istifadəçilərin sorğularındakı qrammatik səhvlərin axtarışı funksiyasını əldə edib. Bu isə öz növbəsində Google Search-dən müəyyən istifadə hallarında faydalı ola bilər. Google Search-ə inteqrasiya edilmiş yeni funksiya Grammar Check adını əldə edib. Sözügedən funksiya istifadəçi sorğusundakı bu və ya digər sözün qrammatik cəhətdən düzgün yazılıb-yazılmadığını təyin edir.

    Bu yeni funksiyadan istifadə etmək üçün istifadəçi öz axtarış sorğusunun yanına grammar check ifadəsini əlavə etməlidir. Sözügedən ifadənin əlavə olunmasından sonra sistem istifadəçi sorğusunu yoxlayacaq və sorğuda qrammatik səhvlər olan hissələri işarələyəcək. Bununla yanaşı sistem aşkar edilmiş səhvlərin necə düzəldilməsi lazım olduğunu da qeyd edəcək. Hal hazırda bu yeni funksiya yalnız ingilis dilində olan sorğular ilə çalışa bilir. Funksiya neyron şəbəkəsi əsasında çalışdığı üçün qrammatik yoxlanışın nəticələri bəzi hallarda düzgün olmaya bilər. 




DAHA ÇOX


Süni zəka funksiyalarına sahib Photoshop-un veb versiyası istifadəyə verilib..

Adobe şirkəti Photoshop-un sadələşdirilmiş veb versiyasını istifadəyə verib.


ChatGPT məlumatları yenidən birbaşa internetdən əldə etməyə başlayıb

OpenAI şirkəti ChatGPT çat-botunun məlumatları yenidən internetdən götürülməsi özəlliyini əldə etdiy..


Meta şirkəti özünün süni zəka əsaslı Meta AI adlı çat-botunu təqdim edib..

Meta şirkəti Meta AI adlı süni zəka köməkçisini Whatsapp, Instagram və Facebook Messenger-ə əlavə et..


Gmail-də HTML rejimin fəaliyyəti dayandırılacaq

Google şirkəti Gmail-də olacaq dəyişiklik barəsində istifadəçiləri məlumatlandırmağa başlayıb...


Google şirkəti Google Podcasts servisinin bağlanacağını elan edib

Google şirkəti Google Podcasts servisini bağlayacağını elan edib.


ChatGPT sorğuları foto və nitq vasitəsilə qəbul etməyi öyrənib

OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botu ilə qarşılıqlı əlaqə imkanlarını genişləndirib...

×