Google Play-dən tətbiqlərin quraşdırılması daha sürətli olacaq

Google Play-dən tətbiqlərin quraşdırılması daha sürətli olacaq

Servislər
18.03.2021 PAYLAŞIM

    Google şirkəti Google Play-dən olan tətbiqlərin quraşdırılmasının optimizasiyası funksiyasını anons edib. Bu yeni funksiya tətbiqlərin quraşdırılma sürətlərini artırmaqla yanaşı smartfonun daxili yaddaşına qənaət etməyə imkan verəcək və smartfonun çalışma müddətini yüksəldəcək. Adətən Google Play-dən yüklənən tətbiq bir paket şəklində smartfona quraşdırılır. Bu halda vahid paketin daxilində lazımsız digər paketlər də olur.

    Lakin tətbiqlərin quraşdırılmasının optimizasiyası funksiyasını aktivləşdirəndən sonra Google yüklənən tətbiqin əsas funksiyalarını təyin edəcək və ilk öncə onları quraşdıracaq. Çoxlu sayda istifadəçinin prioritetlərini analiz edərək Google öz software tərəfinin strukturunu optimizasiya edə bilər. Başqa sözlə desək, hər hansı bir tətbiqin Google Play-dən yüklənməsi zamanı həmin tətbiqin ilk öncə əsas komponentləri quraşdırılacaq.


    Bu üsul ilə istifadəçi lazımi tətbiqi daha tez işə sala bilər. Tətbiqin ikincidərəcəli komponentləri isə fon rejimində yüklənməyə davam edəcək. Bu həmçinin smartfona olan yüklənməni aşağı salacaq və onun uzunmüddətli çalışmasına şərait yaradacaq. Google onu da qeyd edib ki, bu funksiyanın aktivləşdirilməsi ilə şirkət heç bir istifadəçi məlumatını yığmayacaq. İstifadəçi öz istəyinə uyğun olaraq optimizasiya funksiyasını Google Play-in ayarlarında deaktiv edə bilər. Sözügedən yeni funksiyanın nə zaman istifadəyə veriləcəyi barəsində məlumatı şirkət daha sonra açıqlayacaq.



DAHA ÇOX


Meta şirkəti bütün servislərinə müxtəlif generativ süni zəka sistemlərini inteqr..

Meta şirkətinin əməkdaşları ilə görüş çərçivəsində şirkət CEO-su Mark Zuckerberg elan edib ki, şirkə..


ChatGPT-nin iOS üçün olan tətbiqi yenilənib

OpenAI şirkəti ChatGPT-nin iOS üçün tətbiqini yeniləyərək ona bir sıra faydalı funksiyanı əlavə edib..


Google Drive servisinin desktop tətbiqinin dəstəyi Windows 8 versiyalarında daya..

Google şirkəti rəsmi şəkildə elan edib ki, o, Google Drive servisinin Windows 8 və Windows 8.1 üçün ..


Huawei özünü süni zəka əsaslı çat-botunu istifadəyə verməyə hazırlaşır..

Hələ 2021-ci ildə Huawei şirkəti özünün Pangu adlı böyük dil modelini yaratmışdı.


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..

×