main-post-cover

    Google Play-də tətbiqlərin müxtəlif cihazlar arasında sinxronlaşdırılması funksiyası istifadəyə verilib

    Proqram Təminatı
    Servislər
    21.03.2023
    Farid Pardashunas
        Verilmiş məlumata əsasən Google şirkəti Google Play-ə yeni funksiya əlavə edib. Söhbət, tətbiqlərin müxtəlif cihazlarda sinxronlaşdırılması funksiyasından gedir. Sözügedən funksiya bir Google hesabına sahib bütün cihazlarda tətbiqlərin rahatlıqla sixnronlaşdırılmasını mümkün edəcək. Google Play-də hesab fotosu üzərinə klikləyən zaman ortaya çıxan menyuda “Manage apps & device” bölməsinə daxil olandan sonra “Sync apps to devices” adlı yeni bənd ortaya çıxır.
        Həmin bəndin daxilində isə Google hesabına bağlı olan bütün cihazlar əks olunur. Bura, smartfonlar, smart saatlar, planşetlər və s. daxildirlər. Təqdim edilmiş siyahıda olan cihazlardan hansına istifadəçinin hal hazırda istifadə etdiyi cihazdakı tətbiqlərin avtomatik quraşdırılmasını seçmək olar. Məlumatda qeyd edilib ki, istifadəçi bu funksiya vasitəsilə bütün tətbiqləri siyahıdakı cihazlara köçürə bilməyəcək. Siyahıdakı cihazlara hal hazırda istifadəçi tərəfindən istifadə edilən aktual cihaza bir neçə müddət bundan öncə quraşdırılmış tətbiqləri köçürtmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər