main-post-cover

    Google köhnə Chrome versiyalarında Chrome Translate funksiyasını deaktiv edəcək

    Proqram Təminatı
    Servislər
    24.05.2023
    Emil Nəcəfov
        Google şirkəti Chrome brauzerinin köhnə versiyaları üçün Chrome Translate funksiyasını deaktiv edəcəyini elan edib. Qeyd etmək lazımdır ki, Chrome Translate funksiyası veb səhifədəki xarici dildə olan mətni doğma dilə tərcümə etmək imkanını verir. Chrome 95 və ondan sonrakı bəzi Chrome versiyalarının istifadəçiləri Chrome Translate funksiyasından istifadə etmək istədikləri zaman onların qarşılarına “Bu səhifə tərcümə oluna bilməz” bildirişi ortaya çıxacaq. Chrome 95 versiyası 2021-ci ilin oktyabr ayında istifadəyə verilmişdi. Google köhnə Chrome versiyalarında Chrome Translate funksiyasını nə zaman deaktiv edəcəyini söyləməyib. Lakin şirkət qeyd edib ki, bu istiqamətdə işlərə artıq start verilib.
    Linki kopyala