main-post-cover

    Google hiyləgərcəsinə istifadəçiləri ödənişli servisə keçirtməyə çalışır

    Proqram Təminatı
    Servislər
    02.03.2021
    Emil Nəcəfov
        Google şirkəti özünün Photos servisindəki premium funksiyaları aktiv şəkildə reklam etməyə başlayıb. Bu yolda şirkət öz keçmiş bəyanatlarını unudub və istifadəçilərdə səhv fikirlər yaradır. 2015-ci ildə Photos servisini təqdim edən zaman şirkət bildirmişdi ki, fotoların yüksək keyfiyyətdə saxlanması halında onlar 16 MP-ə kimi sıxışdırılır. Bu, fotoların az yer tutmaları üçün edilir. Lakin bu halda fotoların keyfiyyətlərində bir dəyişiklik olmur. İndi isə Google istifadəçilərə tamamilə fərqli məlumatı təqdim edir. Bir neçə müddət bundan öncə şirkət Google One abunəçiliyinə sahib istifadəçilərə premium funksiyalar barəsində məlumatarı əks etdirən elektron poçt göndərmişdi.
        Göndərilmiş məktubda yuxarıdakı foto və növbəti məlumat əks edilib. “Fotoların ilkin keyfiyyətləri daha çox detalı özlərində birləşdirirlər. Bu isə az görünən piksellərə sahib fotoların kəsilməsi, çap edilməsi və böyüdülməsi imkanını verir”. Ümumilikdə bu məlumat doğrudur. Belə ki, Google Photos-a yüklənmiş fotolar həqiqətən də ilkin keyfiyyətdə daha çox detalı özlərində birləşdirirlər. Lakin yüksək keyfiyyət arasındakı fərq şirkətin fotoda göstərdiyi kimi deyil. Reallıqda fərq yalnız fotonun çox yaxınlaşdırılması zamanı hiss olunur. Görünür, Google bu üsul ilə öz istifadəçilərini fotoları ilkin keyfiyyətdə yükləməyə məcbur edir. Lakin bu halda istifadəçinin Google Photos-dakı yeri daha tez dolacaq və bu halda o, Google One abunəliyini almalı olacaq. 
    Linki kopyala