main-post-cover

    Google Drive servisinin desktop tətbiqinin dəstəyi Windows 8 versiyalarında dayandırılacaq

    Proqram Təminatı
    Servislər
    08.06.2023
    Farid Pardashunas
        Google şirkəti rəsmi şəkildə elan edib ki, o, Google Drive servisinin Windows 8Windows 8.1 üçün olan versiyalarının dəstəyini dayandıracaq. Məlumatda qeyd edilib ki, Google Drive servisinin desktop tətbiqi bu ilin avqust ayından başlayaraq Windows 8-də, Windows 8.1-də və Windows-un 32 bit-lik bütün versiyalarında artıq dəstəklənməyəcək.
        “Təqdim edilən xidmətdə hər hansısa problemlərin yaşanmaması üçün Windows istifadəçilərinə bu ilin avqust ayına kimi Windows 10-a və ya Windows 11-ə keçid etmək məsləhət görülür. 32 bit-lik Windows istifadəçiləri Google Drive-dan brauzer vasitəsilə istifadə edə biləcəklər” - deyə Google qeyd edib. Qeyd etmək lazımdır ki, Google Drive servisinin desktop tətbiqi kompüterdəki qovluqları bulud servis ilə sinxronlaşdırır. Buna görə də sinxronlaşmanın davam etməsini istəyən istifadəçilər avqust ayına kimi məcbur şəkildə yeni tələblərə uymalı olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər