Google Chrome təhlükəli əlavələr (extensions) barəsində istifadəçilərə bildiriş göndərəcək

Google Chrome təhlükəli əlavələr (extensions) barəsində istifadəçilərə bildiriş göndərəcək

Servislər
23.08.2023 PAYLAŞIM

    Google Chrome brauzerinin 117-ci versiyası yaxın zamanda beta test mərhələsindən çıxacaq və bütün istifadəçilər üçün aktiv olacaq. İstifadəyə veriləcək bu Chrome versiyasının əsas yeniliklərindən biri də o olacaq ki, o, istifadəçinin quraşdırmış olduğu bu və ya digər əlavənin (extension) Chrome Web Store-dan silinəcəyi halda bu barədə istifadəçiyə bildiriş göndərəcək. Əlavələr brauzerin imkanlarını genişləndirmək üçün nəzərdə tutulmuş yaxşı üsullardan biridir. Lakin çox zaman brauzer əlavələrindən həmçinin hackerlər də faydalanırlar. Belə ki, hackerlər tərəfindən yaradılan əlavələr istifadəçilərin konfidensial məlumatlarını oğurlayır və ya onlara reklam elanlarını sərgiləyirlər.


    İstifadəçiləri bu cür əlavələrdən kənarlaşdırmaq istiqamətində Google həmin əlavələri Chrome Web Store-dan silir. Lakin həmin əlavələri artıq istifadə edənlərə bu cür addım o qədər də yaxşı yardımçı olmur. Belə ki, istifadəçilər zərərli əlavələri fərdi şəkildə silməli olurlar və ya hər hansısa zərərli əlavə haqqında xəbəri ciddiyə almırlar. Buna görə də Google Chrome üçün nəzərdə tutulmuş bu yeni funksiyanı reallaşdırmaq qərarına gəlib. Beləliklə Chrome 117-dən başlayaraq brauzer bu və ya digər əlavənin Chrome Web Store-dan silindiyi barəsində xəbəri istifadəçiyə çatdıracaq.



DAHA ÇOX


Süni zəka funksiyalarına sahib Photoshop-un veb versiyası istifadəyə verilib..

Adobe şirkəti Photoshop-un sadələşdirilmiş veb versiyasını istifadəyə verib.


ChatGPT məlumatları yenidən birbaşa internetdən əldə etməyə başlayıb

OpenAI şirkəti ChatGPT çat-botunun məlumatları yenidən internetdən götürülməsi özəlliyini əldə etdiy..


Meta şirkəti özünün süni zəka əsaslı Meta AI adlı çat-botunu təqdim edib..

Meta şirkəti Meta AI adlı süni zəka köməkçisini Whatsapp, Instagram və Facebook Messenger-ə əlavə et..


Gmail-də HTML rejimin fəaliyyəti dayandırılacaq

Google şirkəti Gmail-də olacaq dəyişiklik barəsində istifadəçiləri məlumatlandırmağa başlayıb...


Google şirkəti Google Podcasts servisinin bağlanacağını elan edib

Google şirkəti Google Podcasts servisini bağlayacağını elan edib.


ChatGPT sorğuları foto və nitq vasitəsilə qəbul etməyi öyrənib

OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botu ilə qarşılıqlı əlaqə imkanlarını genişləndirib...

×