main-post-cover

    Google Chrome kompüterin videokartına birbaşa qoşula biləcək

    Proqram Təminatı
    Servislər
    07.04.2023
    Farid Pardashunas
        Google elan edib ki, Chrome brauzerinin növbəti versiyaları API WebGPU dəstəyini əldə edəcəklər. Şirkətin verdiyi məlumata əsasən bu öz növbəsində veb qrafika mövzusunda yeni dövrə qədəm qoyacaq. Şirkət həmçinin sözügedən API tərəfindən olacaq müsbət özəllikləri də açıqlayıb. Məlumata əsasən yeni API vasitəsilə veb tətbiqlər kompüterin videokartına birbaşa müraciət edə biləcəklər.
        Bu isə öz növbəsində videokartın resurslarından daha effektiv şəkildə istifadə etməyə imkan verəcək. Tərtibatçılıq prosesi isə daha sadələşəcək. Mövcud veb qrafika səviyyəsinə çatmaq üçün tərtibatçılar daha az mənbə kodundan istifadə edə biləcəklər. Chrome brauzerinin API WebGPU-ya keçidinin aşağıdakı üstünlükləri olacaq.
    - Süni zəka alqoritmlərinin çalışma effektivliklərinin 3 dəfə yüksəlməsi
    - Daha qəliz veb oyunların yaradılması imkanı
    - Brauzerdə qrafikanın render sürətinin artması.
        Adi istifadəçilər isə veb qrafikanın renderi zamanı kompüter sistemlərinə daha az yüklənməni müşahidə edəcəklər. WebGPU Direct3D 12 dəstəkli videokartlar vasitəsilə çalışan Windows kompüterlərində və API Vulkan dəstəkli macOS, ChromeOS kompüterlərində aktiv olacaq. Şirkət bildirib ki, gələcəkdə WebGPU Firefox və digər brauzerlərdə, o cümlədən Android ilə Linux-da da istifadəyə verilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər