main-post-cover

    Google Bard adlı süni zəka əsaslı çat-botunu məhdud sayda istifadəçi arasında aktivləşdirib

    Proqram Təminatı
    Servislər
    22.03.2023
    Farid Pardashunas
        Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botunu məhdud sayda istifadəçi arasında istifadəyə verib. Bu, şirkətin süni zəka sahəsində olan yarışda lazımi səviyyədə rəqabət aparmağa hədəflənmiş vacib addımıdır. İlkin mərhələdə Bard ABŞ və Böyük Britaniya-dakı bəzi Google istifadəçiləri üçün aktivdir. Google bildirib ki, Bard-ın istifadəçi kütləsinin genişləndirilməsi prosesi ləng şəkildə gedəcək. Buna görə də süni zəka əsaslı çat-botun hamı üçün nə zaman istifadəyə veriləcəyi bilinmir. OpenAI şirkətinin ChatGPT Microsoft-un Bing axtarış sistemindəki süni zəka əsaslı çat-botu kimi Bard da istifadəçilərin müxtəlif növ suallarına cavabların təqdim edilməsi üçün nəzərdə tutulub.
        Bu cür çat-botların uydurma məlumatlar təqdim etmə qabiliyyətinə sahib olduqlarını nəzərə alaraq Google bildirib ki, Bard axtarış sisteminin əvəzedicisi rolunda deyil, ona təqdim edilən əlavə alət rolunda çıxış edir. ChatGPT və Bing misalında olduğu kimi Bard-ın da əsas mətn sahəsinin aşağı hissəsində vacib qeyd mövcuddur. Həmin qeyddə Google bildirib ki, Bard dəqiq olmayan və ya təhqir xarakterli məlumatları təqdim edə bilər. Lakin həmin məlumatlar şirkətin baxış nöqtəsini əks etdirmirlər. Sözügedən çat-bot istifadəçinin hər bir sorğusuna 3 cavab təqdim edir. Təqdim edilən cavabların tərkib hissələri isə bir-birilərindən minimal fərqlənirlər.
        Bundan əlavə olaraq hər bir cavabın altında “Google It” düyməsi yerləşir və istifadəçi həmin düyməyə klikləyərək cavabın ənənəvi veb axtarışını reallaşdıra bilər. Gözlənildiyi kimi Bard testlərdən biri çərçivəsində müəyyən sorğuya faktiki məlumatı təqdim edə bilməyib. Belə ki, çat-bot konkret paltaryuyan maşının maksimal yüklənmə göstəricisi barəsində suala doğru cavab verə bilməyib. Doğru cavab əvəzinə çat-bot doğru olmayan 3 ədəd cavab uydurub. Lakin sualın təkrar verilməsi halında Bard doğru cavabı təqdim edə bilib. ChatGPT kimi Bard da çətin suallara bəzən qeyri-müəyyən, bəzən isə tamamilə adekvat cavablar təqdim edir. Bununla yanaşı məlumatda qeyd edilib ki, digər analoqlardan fərqli olaraq Bard daha sürətli şəkildə çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər