Google aktiv olmayan istifadəçi hesablarının silinəcəkləri barəsində bildirişlər göndərməyə başlayıb

Google aktiv olmayan istifadəçi hesablarının silinəcəkləri barəsində bildirişlər göndərməyə başlayıb

Servislər
15.08.2023 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Google şirkəti elan etmişdi ki, 2 il ərzində heç bir aktivlik sərgiləməmiş Google hesabları silinəcək. İndi isə şirkət bu barədə bildirişi bütün istifadəçilərə göndərərək xatırlatma edir. Aktiv olmayan Google hesablarına dair şirkətin yeni siyasətini əks etdirən bildiriş [email protected] ünvanına göndərilir. Göndərilən bildirişdə şirkət öz yeni siyasətinin qısa təsvirini təqdim edir. “Biz öz bütün məhsullarımızda və servislərimizdə aktiv olmayan Google hesablarının mövcud olma müddətlərini 2 ilədək uzatdıq.

    Bu qərar bugündən qüvvəyə minir və aktiv olmayan istənilən Google hesabını əhatə edir. Aktiv olmayan Google hesabları və onların daxilindəki istənilən kontent 1 dekabr 2023-cü il tarixində silinəcəklər” - deyə bildirişdə qeyd edilib. Google bildirib ki, söhbət, 2 il ərzində daxil olunmamış və hər hansısa digər servislərdə giriş üçün istifadə edilməmiş Google hesablarından gedir. Şirkət bu və ya digər hesabı aktiv olmayan kimi qəbul etsə, həmin hesabına sahibinə bir neçə elektron məktub göndərəcək. Aktiv olmayan hesabın silinməsindən yan keçmək üçün sadəcə olaraq həmin hesaba giriş etmək lazımdır.




DAHA ÇOX


Süni zəka funksiyalarına sahib Photoshop-un veb versiyası istifadəyə verilib..

Adobe şirkəti Photoshop-un sadələşdirilmiş veb versiyasını istifadəyə verib.


ChatGPT məlumatları yenidən birbaşa internetdən əldə etməyə başlayıb

OpenAI şirkəti ChatGPT çat-botunun məlumatları yenidən internetdən götürülməsi özəlliyini əldə etdiy..


Meta şirkəti özünün süni zəka əsaslı Meta AI adlı çat-botunu təqdim edib..

Meta şirkəti Meta AI adlı süni zəka köməkçisini Whatsapp, Instagram və Facebook Messenger-ə əlavə et..


Gmail-də HTML rejimin fəaliyyəti dayandırılacaq

Google şirkəti Gmail-də olacaq dəyişiklik barəsində istifadəçiləri məlumatlandırmağa başlayıb...


Google şirkəti Google Podcasts servisinin bağlanacağını elan edib

Google şirkəti Google Podcasts servisini bağlayacağını elan edib.


ChatGPT sorğuları foto və nitq vasitəsilə qəbul etməyi öyrənib

OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botu ilə qarşılıqlı əlaqə imkanlarını genişləndirib...

×