Gmail yenilənir: Nələr dəyişəcək? Nə yeniliklər olacaq?

Gmail yenilənir: Nələr dəyişəcək? Nə yeniliklər olacaq?

Servislər
19.07.2020 PAYLAŞIM

        Google şirkətinə məxsus servislərdən biri olan Gmail yenilənir. İstifadəçilərə təqdim etdiyi bir çox yenilik və sadə interfeysi ilə sevilən Gmail mail servisinə bəzi yeni funksiyalar əlavə ediləcək. Həmçinin servisin dizaynı da bu funksiyalara uyğun olaraq yenidən hazırlanıb. Slack ilə rəqabətdə daha aktiv ola bilmək üçün Google öz mail xidmətinə gələcək olan yeniliklər haqqında bloq yazısı paylaşıb.

Gmail servisinə 3 kateqoriya gələcək: Mail, görüntülü zənglər və söhbət


        Google tərəfindən verilən məlumata görə artıq istifadəçilər söhbət kateqoriyasına daxil olaraq bir başqa istifadəçi ilə söhbət edə biləcək. Həmçinin bura Google Drive inteqrasiyası da əlavə ediləcək. Beləliklə istifadəçilər söhbət zamanı asanlıqla fayl paylaşımı edə biləcək. Bundan başqa bu yeni funksiyalar ilə birliktə Google korporativ şirkət işçilərinin şirkətxarici insanlarla da söhbət etməsini mümkün edə biləcək. Qısaca Slack platformunda olan funksiyanın daha genişləndirilmiş bir forması olacaq.

        

        Bundan başqa istifadəçilər söhbət kateqoriyasından gələn mesajları mail-lər arasında görə biləcəklər. Bundan başqa axtarış sistemi söhbət kateqoriyasındakı mesajlar üçün də aktivləşdiriləcək. Google tərəfindən verilən məlumatlara görə yenilənmiş dizayn və bu funksiyalar ilk öncə G Suite istifadəçilərinə bu həftə ərzində təqdim ediləcək. Lakin bu final versiya olmayacaq. Son versiyanın bu ilin sonuna kimi aktiv istifadəyə veriləcəyi təxmin edilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple tərtibatçılara köhnəlmiş tətbiqlərin yenilənmələri üçün 90 gün vaxt verib..

Bir neçə müddət bundan öncə məlum oldu ki, Apple şirkəti uzun müddət ərzində yenilənməmiş, az sayda ..


Apple istifadəçilər tərəfindən yüklənməyən tətbiqləri App Store-dan siləcək..

Bir neçə gün bundan öncə Apple şirkəti rəsmi olaraq xəbər verdi ki, o, uzun müddət ərzində yenilənmə..


Google Play Store tətbiqlərin hansı istifadəçi məlumatlarını yığdıqlarını bildir..

Google şirkəti hələ keçən ilin yaz fəslində özünün tətbiqlər mağazası olan Google Play Store üçün an..


Uzun müddət ərzində yenilənməmiş tətbiqlər App Store-dan silinəcəklər..

Bir neçə müddət bundan öncə Google rəsmi olaraq bildirmişdi ki, uzun müddət ərzində yenilənməmiş tət..


Google Play Store daxilində köhnə tətbiqlər gizlədiləcək

Google şirkəti Play Store-dakı köhnə tətbiqləri gizlətməyə başlayacaq.


Samsung 10 000 tətbiqin performansının süni şəkildə aşağı salınmasında günahland..

Güman olunur ki, bu proses cihazların çalışma müddətlərinin uzadılması üçün reallaşdırılır. ..

×