main-post-cover

    Firefox ESR brauzeri köhnə Windows-larda çalışmağa davam edəcək

    Proqram Təminatı
    Servislər
    30.03.2023
    Farid Pardashunas
        Mozilla şirkəti keçən ilin noyabr ayında təşkilatlar, müəssisələr və universitetlər üçün nəzərdə tutulmuş Firefox ESR brauzerinin Windows 7 ilə Windows 8.1-də dəstəyinin dayandırılmasını nəzərdən keçirdirdi. Bu, Microsoft-un sözügedən əməliyyat sistemlərinin dəstəklərini dayandırması səbəbilə baş verə bilərdi. Lakin şirkət öz fikrindən müəyyən müddətlik daşınıb. Mozilla-nın verdiyi rəsmi məlumata əsasən Firefox ESR minimum bu ilin üçüncü rübünə kimi Windows 7 ilə Windows 8.1-də çalışmağa davam edəcək. Mozilla məhz bu ilin üçüncü rübündə öz brauzerinin yeni versiyasını istifadəyə verməyi planlaşdırır. Lakin bununla belə şirkət Firefox ESR brauzerinin köhnə Windows-larda dəstəyinin nə zaman dayandırılacağı barəsində bir məlumat təqdim etməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər