main-post-cover

    Edge brauzerinə Bing Image Creator funksiyası əlavə edilib (VİDEO)

    Proqram Təminatı
    Servislər
    07.04.2023
    Farid Pardashunas
        Microsoft şirkəti süni zəka əsaslı funksiyaları öz məhsullarına inteqrasiya etməyə davam edir. Verilmiş yeni məlumata əsasən şirkət mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyası olan Bing Image Creator-u özünün Edge brauzerinə əlavə edib. Məlumata əsasən funiksiya brauzerin veb versiyasında artıq aktivdir. Qeyd etmək lazımdır ki, şirkət Bing Image Creator adlı funksiyanı hələ keçən ay Bing axtarış sisteminə inteqrasiya etmişdi.
        Sözügedən funksiya OpenAI şirkətinin DALL-E 2 adlı neyron şəbəkəsinin təkmilləşdirilmiş versiyası əsasında qurulub. Microsoft-un bloqunda olan məlumata əsasən istifadəçilərə sözügedən funksiya vasitəsilə hələ mövcud olmayan fotoları yarada bilərlər. Funksiya brauzerin yan panelinə inteqrasiya edilib. Sözügedən funksiya ilk növbədə sosial şəbəkələrdəki postlar və ya PowerPoint prezentasiyalar üçün tez bir zamanda fotoların tərtib edilməsinə ehtiyac duyan istifadəçilər üçün nəzərdə tutulub.
        Brauzerin yan panelinə inteqrasiya edilmiş Bing Image Creator funksiyası Bing axtarış sistemində olan eyniadlı funksiyanın çalışma prinsipinə əsaslanəır. Lakin Bing axtarış sistemindən fərqli olaraq Edge brauzerində funksiya daha kompakt ölçülü paneldə yerləşdirilib. Funksiyanı aktivləşdirmək üçün yan paneldəki “+” düyməsinə klikləyib Image Creator-u işə salmaq lazımdır. Əgər brauzerdə elə bir bölmə yoxdursa, deməli funksiya sizin üçün hələ aktiv olmayıb. Microsoft Edge brauzerində Bing Image Creator funksiyasını tədricən istifadəyə verir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər