main-post-cover

    Çinin Baidu şirkəti süni zəka əsaslı çat-botunu təqdim edib (VİDEO)

    Proqram Təminatı
    Servislər
    17.03.2023
    Emil Nəcəfov
        Çinin ən böyük şirkətlərindən biri olan Baidu özünün süni zəka əsaslı çat-botunu təqdim edib. Təqdim edilmiş çat-bot Ernie Bot adını əldə edib. Lakin təqdimat zamanı şirkət real zaman ərzində sərgilənən nümunələr əvəzinə sadəcə olaraq çat-botun imkanlarının əks olunduqları videonu təqdim edib. Bundan əlavə olaraq çat-bot heç məhdud sayda istifadəçi arasında da istifadəyə verilməyib. Bu isə öz növbəsində Baidu-nun səhmlərinin dəyərinin aşağı düşməsinə səbəb olub.
        Şirkət tərəfindən təqdim edilmiş videoda Ernie Bot adlı çat-botun imkanlarını görmək olar. Videoya əsasən çat-bot riyazi hesablamalar apara, müxtəlif Çin dialektlərində danışa və mətn formatında təsvirlər əsasında foto ilə videolar tərtib edə bilir. Təqdimat zamanı şirkət bildirib ki, Ernie Bot-un ilkin versiyası məhdud sayda özəl istifadəçi arasında aktiv olacaq. Bununla belə sözügedən çat-botun nə zaman istifadəyə veriləcəyi barəsində təqribi bir məlumat da təqdim edilməyib.
    Linki kopyala