main-post-cover

    Çində real insanların virtual obrazlarını yaratmağa imkan verən platforma istifadəyə verilib

    Proqram Təminatı
    Servislər
    02.05.2023
    Farid Pardashunas
        Tencent şirkətinin Tencent Cloud şöbəsi Deepfakes-as–a-Service (DFaaS) adlı rəqəmsal platformanı işə salıb. Sözügedən platforma real insanların virtual kopyalarını yaratmağa imkan verir. Bununla belə real insanın virtual kopyasını yaradılması üçün onun süni zəka ilə cəmi 3 dəqiqəlik ünsiyyəti vasitəsilə əldə edilmiş məlumatlardan istifadə edilir. Virtual kopyanın yaradılmasında sistem 5 tərzdən istifadə edə bilər. Realistik 3D, yarı realistik 3D, 3D animasiya, realistik 2D2D animasiya. Bununla belə istifadəçi öz virtual kopyasının yaradılması prosesi zamanı arxa fon görüntüsünü, virtual kopyanın dərisinin rəng tonunu və s. kimi özəllikləri ayarlaya bilər.
        Üstəlik platforma özündə tez-tez verilən suallara cavabların tərtib edilməsi funksiyasını birləşdirir. Bunun sayəsində real insanın virtual kopyası bir növ çat-botu xatırladır. Məlumatda qeyd edilib ki, virtual kopyanın təlimatlandırılması üçün 100 ədəd ifadə kifayət edir. Tencent bu platforma əsasında rəqəmsal obrazların yaradılması sistemini qurmağı planlaşdırır. Bu cür sistem sayəsində müxtəlif xidmət sahələrində 7/24 rejimində yardımçı ola biləcək rəqəmsal obrazlar yaratmaq olar. Tərtibatçılar qeyd ediblər ki, sözügedən platforma professional səviyyədə olan təchizatı tələb etmir və bununla belə realistik üz mimikalarını və jestləri sərgiləyə bilir. Bu platforma vasitəsilə rəqəmsal kopyanın yaradılması Çində 145$-a başa gəlir. Rəqəmsal obrazın yaradılmasına isə 24 saat vaxt sərf edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər