main-post-cover

    ChatGPT-nin iOS üçün rəsmi mobil tətbiqi istifadəyə verilib

    Proqram Təminatı
    Servislər
    19.05.2023
    Farid Pardashunas
        OpenAI şirkəti sonunda ChatGPT-nin mobil tətbiqini istifadəyə verib. Lakin şirkət tətbiqin hələ ki, iOS versiyasını hazırlayıb və onu ilkin mərhələdə yalnız ABŞ-dakı istifadəçilər üçün təqdim edib. Məlumatda qeyd edilib ki, mobil tətbiq səsin tanınması üçün nəzərdə tutulmuş Whisper AI adlı sistem sayəsində mətnlərin səs vasitəsilə daxil edilməsi özəlliyini dəstəkləyir. Bununla yanaşı mobil tətbiq istifadəçinin çat-bot ilə veb versiyasındakı olan çatlarını sinxronlaşdıra bilir. Keçən ilin noyabr ayında ChatGPT istifadəyə veriləndən sonra istifadəçilər onun mobil tətbiq şəklində istifadəyə verilməsini istəyirdilər.
        OpenAI şirkəti də elan etmişdi ki, o, süni zəka əsaslı çat-botun mobil tətbiq versiyasını hazırlamağı planlaşdırır. Çat-botun veb versiyasında olduğu mobil tətbiqində də istifadəçilər özlərinin OpenAI hesablarına daxil olmalı olacaqlar. Çat-bota göndərilən sorğular şirkətin serverlərində emal edildiyi üçün mobil tətbiqdən istifadə məsələsində internet bağlantısı mütləqdir. Qeyd etmək lazımdır ki, istifadəçilər mobil tətbiqdə də ChatGPT-nin ödənişli versiyası olan ChatGPT Plus-dan istifadə edə bilərlər. Şirkət yaxın həftələrdə mobil tətbiqi digər ölkələrin istifadəçiləri üçün də aktivləşdirəcək. Şirkət həmçinin təsdiqləyib ki, o hal hazırda mobil tətbiqin Android versiyası üzərində çalışır. Onun iOS üçün nəzərdə tutulımuş versiyasını isə bu linkdən yükləmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər