main-post-cover

    ChatGPT-nin iOS üçün olan tətbiqi yenilənib

    Proqram Təminatı
    Servislər
    09.06.2023
    Emil Nəcəfov
        OpenAI şirkəti ChatGPT-nin iOS üçün tətbiqini yeniləyərək ona bir sıra faydalı funksiyanı əlavə edib. Beləliklə şirkət tətbiqə Siri səsli köməkçisi ilə sıx inteqrasiya imkanını əlavə edib. Bundan sonra istifadəçi Siri-dən ChatGPT tətbiqini işə salmağı və s. əməliyyatları yerinə yetirməyi istəyə bilər. Shortcuts (sürətli əmrlər) ilə sıx qarşılıqlı əlaqə bu cür əmrləri hətta Siri üçün yaratmağa imkan verir. Bununla yanaşı tətbiq iPad üçün də optimizasiya edilib.
        Belə ki, istifadəçi tətbiqi iPad-də tam ekran şəklində işə sala bilər. Hətta tam ekran rejimində də tətbiqin interfeysindən istifadə rahat olacaq. iPad çərçivəsində tətbiqdə reallaşdırılmış daha bir yenilik çat-botla ünsiyyətdəki mesajların digər tətbiqlərə daşınmasıdır. Qeyd etmək lazımdır ki, ChatGPT-nin iOS üçün olan tətbiqi mart ayının ortasında ilk növbədə ABŞ-da istifadəyə verildi və müəyyən müddətdən sonra 40 ölkədə təqdim olundu. Onların arasında Azərbaycan da mövcuddur.
    Linki kopyala