main-post-cover

    ChatGPT çat-botunun İtaliyada istifadəsi məhdudlaşdırılıb

    Proqram Təminatı
    Servislər
    31.03.2023
    Farid Pardashunas
        İtaliyanın şəxsi məlumatların müdafiəsi agentliyi OpenAI şirkətinə qarşı istintaqa start verdiyini bildirib. Belə ki, nizamlayıcı orqan şirkəti və onun süni zəka əsaslı ChatGPT çat-botunu istifadəçi məlumatlarının yığılmasında qanun pozuntusuna yol verilməsində günahlandırır. İstintaqın əsas səbəblərindən biri də 20 mart tarixində olmuş məlumat sızıntısıdır. Qeyd etmək lazımdır ki, həmin tarixdə ChatGPT istifadəçiləri digərlərinin adlarını, soyadlarını, çat-bot ilə yazışmalarını elektron poçt ünvanlarını və ödənişlə bağlı məlumatlarını əldə etmişdilər.
        İtaliyanın nizamlayıcı orqanı bildirib ki, OpenAI şirkəti süni zəka alqoritminin təlimatlandırılması üçün məlumatlarını əldə etidiyi istifadəçiləri bu məsələ ilə bağlı məlumatlandırmır. Həmçinin məlumatda qeyd edilib ki, şirkət istifadəçi məlumatlarının yığılması və onların saxlanması məsələsində hüquqi əsaslara sahib deyil. Nizamlayıcı orqanın sözlərinə əsasən ChatGPT 13 yaşından yuxarı olan şəxslər üçün nəzərdə tutulsa da, o bu və ya digər istifadəçinin yaşının təyin olunması üçün nəzərdə tutulmuş hansısa filtr sisteminə sahib deyil.
        Bu səbəbdən də çat-bot azyaşlılar üçün qəbuledilməz cavabları təqdim edə bilər. Nəticədə nizamlayıcı orqan ChatGPT-nin italyan istifadəçilərin məlumatlarını yığmaq prosesini məhdudlaşdırıb. Avropa Birliyində ofisə sahib olmayan OpenAI öz növbəsində Avropa Birliyindəki nümayəndəsi vasitəsilə 20 gün ərzində ChatGPT-nin işini Avropa Birliyinin GDPR adlı reqlamentinə necə uyğunlaşdıracağını açıqlamalıdır. Əks halda şirkət illik gəlirinin 4% dəyərində cərimə əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər