main-post-cover

    Bir neçə müddət bundan öncə Google Drive-da təyin edilmiş fayl sayı limiti aradan qaldırılıb

    Proqram Təminatı
    Servislər
    04.04.2023
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Google şirkəti heç bir rəsmi elan vermədən istifadəçilərin Google Drive-da saxlaya biləcəkləri faylların sayına limit təyin etmişdi. Şirkət tərəfindən təyin edilmiş limitə əsasən istifadəçi Google Drive-da 5 milyondan çox fayl saxlaya bilməzdi. Bu limiti aşkar etmiş istifadəçilər bu qərara narazılıq etməyə başladılar və sosial şəbəkələr ilə müxtəlif forumlarda bu məsələ ilə bağlı qızğın müzakirələrə start verildi. Sözügedən limitin aktual olduğu istifadəçilər bildiriş əldə etməyə başladılar ki, onlar Google Drive-da mövcud olan hansısa faylı silməmiş yeni faylı bulud servisinə yükləyə bilməzlər. İndi isə məlum olub ki, Google bu qərarından daşınıb və Google Drive üçün təyin etmiş olduğu 5 milyon fayl limitini ləğv edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər