main-post-cover

    Bing-in süni zəka əsaslı botuna ChatGPT cavabları inteqrasiya edilib

    Proqram Təminatı
    Servislər
    13.04.2023
    Farid Pardashunas
        Microsoft Bing axtarış sistemi üçün yenilənmə təqdim edib və təqdim edilmiş yenilənmə özündə axtarış sorğuları üçün ChatGPT cavablarını birləşdirir. Bəzi hallarda istifadəçilərə Bing AI botu tərəfindən təqdim ediləcək cavablarda ChatGPT ilə danışmaq təklifi ediləcək. Bing-in axtarış sorğularında əks olunacaq ChatGPT cavablarında olacaq bildirişdə qeyd ediləcək ki, cavablar müəyyən sayda mənbə əsasında tərtib edilib.
        Bununla yanaşı cavablarda həmin mənbələrin linkləri də yerləşdiriləcək. Bu cür yenilik kontent yaradıcılarına heç də xoş olmaya bilər. Belə ki, Bing bir neçə mənbə əsasında kontenti ümumiləşdirəcək və onu vahid cavab şəklində təqdim edəcək. Bu isə öz növbəsində konkret mənbənin trafikini aşağı sala bilər. Digər bir narahatlıq isə Bing-in doğru cavablar təqdim etməyəcəyi ilə bağlıdır. Çünki ChatGPT heç də həmişə dəqiq və doğru cavabları təqdim etmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər