Bing Chat süni zəka çat-botunun dəstəyi bütün mobil brauzerlərə əlavə ediləcək

Bing Chat süni zəka çat-botunun dəstəyi bütün mobil brauzerlərə əlavə ediləcək

Servislər
08.08.2023 PAYLAŞIM

    Microsoft şirkəti süni zəka əsaslı Bing Chat çat-botunun dəstəyini mobil cihazlarda genişləndirəcək. Sözügedən çat-bot brauzerlərin Android iOS üçün nəzərdə tutulmuş müəyyən mobil versi`yalarında aktiv olsa da, Microsoft onun bütün mobil brauzerlərdə dəstəklənməsini istəyir. Qeyd etmək lazımdır ki, süni zəka əsaslı Bing Chat bu ilin fevral ayında təqdim olunmuşdu. Lakin ilk növbədə çat-bot yalnız Microsoft Edge brauzerində çalışırdı.

    Keçən ayın sonunda isə şirkət Bing Chat dəstəyini həmçinin Google ChromeApple Safari brauzerlərinə əlavə etdi. “Bing Chat son zamanlarda yeni və faydalı funksiyaları əldə edib. Buna görə də biz yaxın zamanda onun kənar brauzerlərin həm veb həm də mobil versiyalarda dəstəklənəcəyini elan edirik” - deyə Microsoft qeyd edib. Şirkət bildirib ki, o, son zamanlarda Edge brauzerinin məşhurluğunun artdığını müşahidə edib. Çox güman ki, son 6 ay ərzində sözügedən brauzerin məşhurluğunun artması məhz Bing Chat ilə əlaqəlidir. Belə ki, daha öncə Bing Chat yalnız Edge brauzerində aktiv idi.




DAHA ÇOX


Süni zəka funksiyalarına sahib Photoshop-un veb versiyası istifadəyə verilib..

Adobe şirkəti Photoshop-un sadələşdirilmiş veb versiyasını istifadəyə verib.


ChatGPT məlumatları yenidən birbaşa internetdən əldə etməyə başlayıb

OpenAI şirkəti ChatGPT çat-botunun məlumatları yenidən internetdən götürülməsi özəlliyini əldə etdiy..


Meta şirkəti özünün süni zəka əsaslı Meta AI adlı çat-botunu təqdim edib..

Meta şirkəti Meta AI adlı süni zəka köməkçisini Whatsapp, Instagram və Facebook Messenger-ə əlavə et..


Gmail-də HTML rejimin fəaliyyəti dayandırılacaq

Google şirkəti Gmail-də olacaq dəyişiklik barəsində istifadəçiləri məlumatlandırmağa başlayıb...


Google şirkəti Google Podcasts servisinin bağlanacağını elan edib

Google şirkəti Google Podcasts servisini bağlayacağını elan edib.


ChatGPT sorğuları foto və nitq vasitəsilə qəbul etməyi öyrənib

OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botu ilə qarşılıqlı əlaqə imkanlarını genişləndirib...

×